Medianews.az
Operatorlar, provayderlər <span style=color:red>kimdən çəkinir?
214 baxış

Operatorlar, provayderlər kimdən çəkinir?

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ötən ilin hesabatını təqdim edib. Bir neçə gün öncə İKTA rəhbərliyi ilə bu istiqamətdə görüşümüz olmuşdu. Hesabatı da bir xeyli incələmişəm. Sıfırdan yaranan qurum üçün, həm də müstəqil olmayan bir tənzimləyici qurum üçün ötən müddətdə görülən işləri qənaətbəxş hesab etmək olar. Ən ciddi uğurları olaraq provayderlər bazarında şəffaflıq və əlçatanlıq yaratmasını, internetin keyfiyyətini ölçmək və şikayətləri qəbul etmək üçün ölkə üzrə vahid bir rəqəmsal alət təqdim etməsini, tezliklərin geri qaytarılması mexanizmləri yaratmasını, bəzi hüquqi-normativ qaydaların yaradılması istiqamətindəki səylərini və s. qeyd etmək olar. Lakin bütövlükdə sektorun tənzimlənməsi, mobil bazarda rəqabətli mühitin formalaşması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ümumiyyətlə qurumun ölkənin İKT bazarına təsir imkanları sahəsində ciddi problemləri qalmaqdadır. Yəni görünən odur ki hələlik nə telekom operatorlar, nə mobil operatorlar, nə də provayderlər İKTA rəhbərliyindən, onun əməkdaşlarından heç bir halda çəkinmir. Normalda isə hansısa bir operatorun rəhbəri tənzimləyici olan İKTA-nı görəndə yolunu dəyişməli, yaxud da farağat vəziyyətdə olmalıdır. Görünən isə hələlik odur ki, onları tənzimləyicinin qərarları narahat etmir, hər gün bəsit xidmətlərinin tariflərini qaldırmaqla məşğuldurlar və 5G heç yadlarına da düşmür. Ümid edək, 2025-də situasiya dəyişəcək. Ümidlənmək üçün də müəyyən əsaslar var. Əvvəlki situasiya eləydi ki, nazirliyin tabeliyində olan İKTA nazirliyin tabeliyində olan Aztelekom-a və müstəqil özəl qurum olan Delta Telekom-a, yaxud da AzerTelecom-a eyni münasibət sərgiləməliydi. Müstəqilliyin olmaması da təbii ki, müəyyən risklər yaradır. Hazırda isə situasiya dəyişib. Sektordakı operatorlar, əsas oyunçular Prezidentin fərmanı ilə nazirliyin tabeçiliyindən çıxarılıb və AZCON Holdinqin tərkibinə qatılıb. Məsələn, son illərdə infrastruktura 150 milyondan çox investisiya yatıran, son 20 ilin ən ciddi problemini - "hər evə optika" problemini birdəfəlik həll edən, ayda 30 milyondan çox gəlir gətirən nəhəng dövlət şirkəti Aztelekom-un artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə hər hansı aidiyyəti yoxdur. Amma burada hələlik bir incə məqam var ki, AZCON-da Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziridir. Lakin gələcəkdə elə situasiya yarana bilər ki, AZCON-un ümumiyyətlə q Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəxli olmaya bilər. Beləliklə, gələcəkdə İKTA-nın tənzimləyici rolunun daha da güclənəcəyini proqnozlaşdırmaq olar. Osman Gündüz Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru

Bizə qoşulun