13.03.2025, 10:14
216 baxış
Lamiyə
Oğurlanmış uşaq 25 ildən sonra TAPILDI
ABŞ-də 1999-cu ildə öz anası tərəfindən qaçırılan Andrea Mişel Reyes adlı uşaq Meksikada tapılıb.
Medianews.az xəbər verir ki, Reyesin anası Roza Tenorionun himayəsi yox idi.
Qıza ABŞ-nin Nyu-Heyven şəhərində birlikdə yaşadıqları atası baxıb. 1999-cu ilin oktyabrında, uşağın iki yaşı tamam olanda Tenorio onu oğurlayıb. Onun Reyesi Meksikaya apardığı güman edilirdi.
Uzun illər polis onu tapa bilməyib.
2023-cü ildə Nyu-Haven polisi itkin uşaq təhqiqatını yenidən açıb. Tezliklə onlar Reyes olduğunu iddia edən 27 yaşlı qadının izinə düşə biliblər. DNT testi hər şeyi təsdiqləyib. Qız, hələ də Meksikada yaşayır. İndi anası ilə hansı münasibətin olduğu bilinmir. Onun atası ilə qovuşub-qovuşmadığı da açıqlanmır.
Medianews.az