12.03.2025, 14:34
146 baxış
Nailə
Yamaldan Çempionlar Liqasında daha bir REKORD
"Barselona"nın 17 yaşlı vingeri Lamin Yamal UEFA Çempionlar Liqası tarixində 5 məhsuldar ötürmə həddinə çatan ən gənc oyunçu olub.
Publika.az BBC-yə istinadən xəbər verir ki, əvvəlki rekord o vaxt 19 yaşında olan ingilis hücumçu Teo Uolkota məxsus idi.
Yamal karyerası ərzində Çempionlar Liqasında 19 matçda iştirak edib, 5 məhsuldar ötürmə ilə yanaşı 3 qol vurub.
Paylaş: