Medianews.az
Kişinin başını kəsib onunla<span style=color:red> futbol OYNADI
189 baxış

Kişinin başını kəsib onunla futbol OYNADI

ABŞ-də 28 yaşlı kişi 51 yaşlı kişinin başını bıçaqla kəsərək onunla futbol oynayıb. Medianews.az xəbər verir ki, dəhşətli qətl hadisəsi Las-Kruses şəhərində baş verib. 2021-ci ilin iyun ayında evləri olmayan 28 yaşlı Joel Arciniega-Saenz və həyat yoldaşı parkda yaşayıblar. Orada başqa bir evsiz, 51 yaşlı Ceyms Qarsiya ilə tanış olublar. Arciniega-Saenzin dediyinə görə, 20 iyun 2021-ci ildə o, yuxudan oyanıb və öz, həmçinin həyat yoldaşının əşyalarının itdiyini görüb. O, Qarsiya onları oğurladığını düşünüb. Kişini tapdıqdan sonra Arciniega-Saenz onun qatlanan bıçağını götürərək ona 84 bıçaq zərbəsi vurub. O, əvvəlcə qurbanın barmağını, sonra başını kəsib, sonra onunla futbol oynamaq qərarına gəlib. Arciniega-Saenz yorulana qədər onu maşından maşına təpikləyib. Kişi Qarsiyanın qalıqları ilə heç nə etməyib və onları küçənin ortasına atıb. Həmin axşam onları bir polis məmuru tapıb. Arciniega-Saenz saxlanılıb və hadisəni törətməkdə təqsirli bilinib. Medianews.az

Bizə qoşulun