Medianews.az
Hindistanda bir dəhşət daha: <span style=color:red> Aslan kişini PARÇALADI
136 baxış

Hindistanda bir dəhşət daha: Aslan kişini PARÇALADI

Hindistanda nadir rastlanan Asiya aslanı bir kişini parçalayaraq öldürüb. Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə Qucarat ştatında, martın 6-da baş verib. Meşədə qismən yeyilmiş qalıqlar meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən aşkar edilib. Tezliklə onların 34 yaşlı Nazim Qureşiyə məxsus olduğu məlum olub. Kişinin bədəninin aşağı hissəsi yeyilmiş vəziyyətdə idi. Müstəntiqlər onun yırtıcı heyvanın qurbanı olmasını hələ rəsmən təsdiqləməyiblər. Bununla belə, hadisə yerində aslan izlərinin tapıldığını qeyd ediblər. Medianews.az

Bizə qoşulun