10.03.2025, 08:29
141 baxış
Lamiyə
Uçuş zamanı təyyarənin şüşəsi ÇATLADI
Rusiyada Stavropoldan Sankt-Peterburqa uçan təyyarənin şüşəsi uçuş zamanı çatlayıb.
Medianews.az xəbər verir ki, hadisə martın 7-də baş verib.
Təyyarənin ekipajı uçuşun idarəetmə mərkəzinə dəyən ziyan barədə məlumat verib. Pilotlar qəza siqnalı göndərməmək qərarına gəlib və yerdəki mütəxəssislərin məsləhəti ilə uçuşu davam etdiriblər.
Xoşbəxtlikdən heç kim xəsarət almayıb: təyyarə Vnukovo hava limanına sağ-salamat eniş edib.
Medianews.az