10.03.2025, 10:47
167 baxış
Lamiyə
Bu cür yatmaq OLMAZ - XƏBƏRDARLIQ
“Ən pis yuxu mövqeyi qarın üstə uzanmaqdır”.
Medianews.az xəbər verir ki, bunu yuxu mütəxəssisi James Wilson deyib.
Mütəxəssisin sözlərinə görə, qarın üstə yatmaq onurğa, boyun, omba, diz və daxili orqanlara zərərlidir.
Onun sözlərin görə, gecə istirahəti zamanı bədənin bu vəziyyəti yaralanmalara, fəqərələrin yerdəyişməsinə, boyun dartılmasına səbəb ola bilər, həmçinin yuxunun keyfiyyətini və müddətini pisləşdirə bilər.
Wilson, qarın üstə yatmağa daha təhlükəsiz bir alternativin ayaqlarının arasında bir yastıqla yan yatmaq olduğunu söyləyib.
Mədə-bağırsaq xəstəlikləri üzrə ixtisaslaşmış cərrah Karan Racan da onunla razılaşır. O qeyd edib ki, mədə-bağırsaq pozğunluqları zamanı sağ tərəfə deyil, sol tərəfə yatmağa üstünlük verilir. Bu mövqe, həkimin fikrincə, mədə məzmununun özofagusa daxil olmasını çətinləşdirir və bu, turşu reflü riskini azaldır.
Medianews.az