Medianews.az
Ermənilərə çağırış: <span style=color:red>“Təcili çıxın, hücum olacaq”
130 baxış

Ermənilərə çağırış: “Təcili çıxın, hücum olacaq”

“Suriyada Bəşər Əsəd rejminin devrilməsindən sonra orada Gənc Türklər ssenarisinin baş verəcəyini düşünürdüm”. Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Nairi Ohikyan deyib. “Mən Suriya ermənilərini tez bir zamanda bu ölkəni tərk edib, öz vətənlərində məskunlaşmağa çağırmışdım, çünki orada risk var. Suriyanın qərb bölgələrində ələvilərə qarşı genişmiqyaslı qırğın törədilib. Davamı Hələbdə ola bilər. Ona görə bir daha deyirəm: ermənilər Suriyanı təcili tərk etməlidirlər”, – N.Ohikyan vurğulayıb. Qeyd edək ki, “Gənc Türklər” – Osmanlı imperiyasının son dövründə ortaya çıxan məşrutiyyətçi və Sultan II Əbdülhəmid hakimiyyətinə müxalif olan gənc və ziyalı nəsilə verilən addır.

Bizə qoşulun