Medianews.az
Azərbaycanda dolların kursu 7 illiyə <span style=color:red>belə DƏYİŞDİ
318 baxış

Azərbaycanda dolların kursu 7 illiyə belə DƏYİŞDİ

Mərkəzi Bank martın 7-də ABŞ dollarının məzənnəsini 1,7 manat həddində saxlayıb, bununla sabitliyin 7 ili tamamlanıb. 2015-ci ilin devalvasiyalarında dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə 1,7707 manata çatıb. 2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur. Manat valyuta hərraclarında qorunur. Dövlət Neft Fondu Mərkəzi Bankın 2016-2024-cü illərdə keçirdiyi valyuta hərraclarında 50,1 milyard ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi hesabatlara görə, 2025-ci il yanvarın 1-nə Dövlət Neft Fondunun 60 milyard 31,4 milyon dollarlıq aktivi, martın 1-nə Mərkəzi Bankın 10 milyard 991,8 milyon dollar valyuta ehtiyatı olub. /Novator.az

Bizə qoşulun