04.03.2025, 06:59
176 baxış
Lamiyə
Sevgilisinin evində görüb ÖLDÜRDÜ
Türkiyədə Murat K (31) adlı şəxs sevgilisinin evində qarşılaşdığı Arif Bozkurtu (38) bıçaqlayaraq öldürüb.
Medianews.az xəbər verir ki, faciə martın 3-ü, Konya şəhərinin Ereğli rayonunda, səhər saatlarında baş verib.
Hadisə hər iki şəxs arasında baş verən mübahisədən sonra cərəyan edib.
Murat K. daha sonra qanlar içində yaralınını avtomobili ilə xəstəxanaya aparıb. Həkimlər onun öldüyünü müəyyən ediblər.
Murat K. polislər tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Medianews.az