04.03.2025, 08:06
181 baxış
Lamiyə
Dənizə düşən cüyürü belə XİLAS OLUNDU - ANBAAN VİDEO
Türkiyənin Artvin şəhərində dənizə düşən cüyür balıqçılar tərəfindən xilas edilib.
Medianews.az xəbər verir ki, hadisə martın 3-ü, səhər saatlarında baş verib.
Balıqçılar yorğun və taqətdən düşmüş cüyürləri torla tutub buynuzlarından yapışaraq qayığa aparırlar.
Onlar qaçmasının qarşısını almaq üçün cüyürün ayaqlarını bağlayıb sahilə çıxarıblar.
Xilasetmə anı balıqçılar tərəfindən telefonlarına lentə alınıb.
Cüyür təbii mühitinə buraxılması üçün Təbiəti Mühafizə və Milli Parklar qruplarına təhvil verilib.
Medianews.az