Medianews.az
Tramp Putin barədə: <span style=color:red>"İnan, amma yoxla"
144 baxış

Tramp Putin barədə: "İnan, amma yoxla"

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna savaşının dayandırılması ilə bağlı son razılığın əldə olunacağı təqdirdə Rusiyanın prezidenti Vladimir Putinə tamamilə etibar etməyə hazır olduğunu bildirib. Medianews.az xəbər verir ki, Donald Tramp bu sözləri Ağ Evdə Böyük Britaniyanın baş naziri Key Starmerlə görüş öncəsi jurnalistlərə açıqlamasında deyib. Jurnalistlər Trampa "söhbət Ukraynaya gəldikdə Putinə güvənə bilərsinizmi?" sualını veriblər. ABŞ prezidenti bu suala belə bir cavab verib: "Güvənin, amma yoxlayın, gəlin bunu belə adlandıraq və fikrimcə, ikimiz də belə ola bilərik. Yoxlamalısan, çünki nə baş verə biləcəyini də heç vaxt bilmirsən. Mən bir çox insan tanıyıram ki, onların barəsində deyə bilərsiniz, axı belə adamlar sizi niyə aldatsın, üstəlik, bunun heç bir əsası olmadığını da deyəcəksiniz, lakin onlar dünyanın ən pis insanlarıdır. Mən həm də insanlar tanıyıram ki, kimin barəsində danışacaqsan, deyəcəklər ki, onlar səni aldadacaqlar". Jurnalistlərlə söhbətində Tramp Rusiya ilə Ukrayna arasında sülh razılaşmasının əldə olunacağına inandığını deyib, eləcə də Putinin yenidən Ukraynaya təcavüz edəcəyini düşünmədiyini bildirib. "Düşünürəm ki, Rusiya özünü çox yaxşı aparır. Mən düşünürəm ki, biz razılıq əldə etmək istiqamətində yaxşı irəliləyiş əldə etmişik, lakin hələ razılığa gəlməmişik" - deyə Tramp vurğulayıb. ABŞ prezidenti bu münaqişə həll olunana qədər Ukraynanın ərazisində yerləşəcəyi gözlənilən sülhməramlı missiya haqqında təfərrüata varıb danışmaqdan imtina edib. Toğrul Əli, Medianews.az

Bizə qoşulun