Medianews.az
DƏHŞƏT: Tibb bacısının bütün<span style=color:red> üz sümüklərini SINDIRDI
175 baxış

DƏHŞƏT: Tibb bacısının bütün üz sümüklərini SINDIRDI

ABŞ-də 33 yaşlı xəstə tibb bacısına hücum edərək onun bütün üz sümüklərini sındırıb. Medianews.az xəbər verir ki, hadisəni törədən Stiven Skantlberi adlı şəxs həbs edilib. O, xəstəxanada tibb bacısının nəzarəti altında olub. Bir gün tibb bacısı Stiveni yoxlamaq üçün gələndə, Stiven çarpayıya tullanıb, sonra ona hücum edərək vəhşicəsinə döyüb. Hadisənin şahidi dərhal köməyə gəlib. Bu zaman başqa bir şəxs Skantlberinin tibb bacısının üzünə yumruq vurduğunu görüb. Bundan sonra kişi xəstəxanadan qaçıb. Lakin tez bir zamanda polislər tərəfindən saxlanılıb. Xəsarət alan tibb bacısı aldığı xəsarətlər ağır olduğundan təyyarə ilə başqa xəstəxanaya aparılıb. Həkimlər onun hər iki gözünü itirə biləcəyindən qorxurlar. Skantlberinin məhkəməsi fevralın sonuna təyin edilib. Medianews.az

Bizə qoşulun