27.02.2025, 07:49
104 baxış
Lamiyə
Yaponiyada dəmiryolunun yaxınlığında uşaq qalıqları TAPILIB
Yaponiyada Hyoqo əyalətində, İtamidən Fukutiyama şəhərinə gedən relslərin platformasında müəmmalı uşaq qalıqları tapılıb.
Medianews.az xəbər verir ki, tapıntı fevralın 22-də, Itami stansiyasının əməkdaşı tərəfindən aşkar edilib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları dəmir yoluna baxış keçirib və daha bir neçə sümük və kəllə sümüyünü aşkar ediblər.
Qalıqların aid olduğu şəxsin cinsini və dəqiq yaşını hələlik müəyyən etmək mümkün olmayıb, lakin onların ölçüləri onun uşaq olduğunu göstərir.
Polis qalıqların tapıldığı ərazini mühasirəyə alaraq məhkəmə-tibb ekspertlərini çağırıb.
İstintaq davam edir.
Medianews.az