Medianews.az
Ronaldo matçda etdiyi hərəkətlə <span style=color:red>gündəm oldu - VİDEO
184 baxış

Ronaldo matçda etdiyi hərəkətlə gündəm oldu - VİDEO

Portuqaliya millisinin və "Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo, Səudiyyə Ərəbistanı çempionatının 22-ci turunda "Əl-Vahda" ilə matçda etdiyi jestlə diqqət çəkib. Milli.Az xarici mediaya istinadən xəbər verir ki, oyunun 99-cu dəqiqəsində penalti qazanan Ronaldo, onu özü vurmaq əvəzinə, komanda yoldaşı Sadio Maneyə buraxıb. Karyerasında qol rekordunu davam etdirməsinə baxmayaraq, ulduz futbolçu son 9 oyunda qol vura bilməyən Maneyə dəstək verməyi üstün tutub. Ronaldo-nun bu nəcib hərəkəti futbolsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb və qısa zamanda sosial şəbəkələrdə gündəm olub. Qeyd edək ki, qarşılaşmanın 48-ci dəqiqəsində Ronaldo "Əl-Nəsr"in ilk, karyerasının isə 925-ci qolunu vurub.

Bizə qoşulun