Medianews.az
Hərbi baza çıxarılır, <span style=color:red>Türkiyənin strateji əhəmiyyəti artacaq
158 baxış

Hərbi baza çıxarılır, Türkiyənin strateji əhəmiyyəti artacaq

Yunanıstanın Aleksandrupolis (Dədəağac) şəhərindəki Amerika hərbi bazası bağlanacaq. Qərarı ABŞ Prezidenti Donald Tramp verib. Yunan mediası Trampın bu qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin xahişi əsasında verdiyini iddia edir. Çünki Aleksandrupolis şəhərindən Qərb silahlarının Ukraynaya tədarükü üçün də istifadə olunurdu. Axar.az-ın məlumatına görə, Yunanıstanın “Demokratiya” qəzeti bazanın sökülməsini və Amerika qoşunlarının çıxarılmasını Afinanın Ankara qarşısında strateji məğlubiyyəti kimi qiymətləndirib. Medianews.az xəbər verir ki, azərbaycanlı hüquqşünas Fuad Ağayev də məsələyə münasibətini açıqlayıb. F.Ağayev sosial şəbəkə hesabında yazıb: “Türkiyə uzun illərdir ki, ABŞ-ın Aleksandrupolisdəki hərbi varlığına qarşı çıxırdı, çünki bu, Ankaranın regiondakı təsirini azaldırdı. Baza bağlandıqdan sonra Türkiyənin strateji əhəmiyyəti artacaq, Türkiyə Qara dənizə və Egey dənizinə gəmilərin keçidinə nəzarətini bərpa edəcək”. Toğrul Əli,  Medianews.az

Bizə qoşulun