Medianews.az
Lavrov ABŞ ilə normal dialoqa <span style=color:red>ümid edir
189 baxış

Lavrov ABŞ ilə normal dialoqa ümid edir

"Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətləri arasında keçirilən danışıqlar Moskva ilə Vaşinqton arasında normal dialoqa ümid verib" Medianews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib. “Əlbəttə ki, hələ də mövcud olan çoxsaylı ziddiyyətlərə baxmayaraq, nəhayət ki, ABŞ ilə normal dialoq aparmaq imkanı əldə etdik. Normal dialoq olmadan bu ziddiyyətləri aradan qaldıra biləcəyik, ya yox, aydın deyil”, - diplomat qeyd edib. Lavrov həmçinin qeyd edib ki, Rusiya və Amerika nümayəndə heyətləri Ukrayna böhranının həlli məsələsi də daxil olmaqla, “müxtəlif sahələrdə kommunikasiya kanallarını bərpa etmək” barədə razılığa gəliblər. Nazirin sözlərinə görə, Birləşmiş Ştatlar Ukrayna üzrə öz nümayəndəsini müəyyən etməlidir. Medianews.az

Bizə qoşulun