24.02.2025, 06:28
121 baxış
Lamiyə
Blogger ad günündə az qala KOR OLACAQDI
Vyetnamda bir blogger öz ad günündə az qala hidrogen balonların partlaması ilə kor olacaqdı.
Medianews.az xəbər verir ki, onun üzü ciddi yanıqlar alıb.
Qız ad gününü dostları və ailəsi ilə bir restoranda qeyd edib. Fotosessiya zamanı blogger şarlar və tortla ayağa qalxıb lakin ehtiyatsız hərəkət ucbatından şarlar şamlara toxunaraq alovlanıb.
Blogger üzündə ikinci dərəcəli yanıqlar və qolunda birinci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, həmçinin deyib ki, partlayış zamanı gözləri zədələnməyib, ancaq göz qapaqlarında yaralar olub.
Eyni zamanda həkimlər qızı altı ay ərzində dərisinin sağalacağına inandırıblar və o hazırda reabilitasiya mərhələsindədir.
Medianews.az