Rusiyada "BMW" və “Citroen” markalı avtomobillərin toqquşması ilə dəhşətli qəza baş verib.
Medianews.az xəbər verir ki, hadisə Tver vilayətinin Konakovski rayonunda, fevralın 22-də baş tutub.
Nəticədə 3 sərnişini olan "BMW" markalı avtomobil hissələrə ayrılıb. Görünür ki, sürücü avtomobili yüksək sürətlə idarə edib. "BMW"nin sürücüsü və bir sərnişini dünyasını dəyişib, digər sərnişin isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Medianews.az