21.02.2025, 13:42
111 baxış
Azad
Kardinaldan sensasion açıqlama: Roma Papası taxt-tacdan imtina edə bilər
Vatikanda davam edən qeyri-müəyyənlik Kardinal Canfranko Ravasinin açıqlaması ilə yenidən gündəmi zəbt edib. Medianews.az-matına görə, kardinal bildirib ki, Papa Fransisk taxt-tacdan imtina edə bilər.
Kardinal Canfranko Ravasi 88 yaşlı Papa Fransiskin taxtdan imtina edə biləcəyini "Corriere della Sera" nəşrinə müsahibəsində deyib. Kardinal həmçinin qeyd edib: "Əgər Papa vəzifələrini yerinə yetirməkdə çətinlik çəkirsə, öz seçimini edəcək. Təbii ki, özü qərar verəcək, bəlkə məsləhət də istəyəcək, ancaq fikrimcə, özü vicdanla qərar verəcək".
Xatırladaq ki, Papa Fransisk fevral ayının 14-dən xəstəxanadadır. O, bronxit diaqnozu ilə xəstəxanaya yerləşdirilib, amma xəstəxanada Papanın vəziyyəti daha da pisləşib. Onun polimikrob respirator infeksiyasına yoluxduğu da aşkarlanıb. Vatikan Papanın səhhəti ilə bağlı "mürəkkəb klinik vəziyyət" elan edib.
Paylaş: