19.02.2025, 10:00
168 baxış
Lamiyə
Pələng kənd sakininə hücm etdi
Hindistanın Madhya Pradeş ştatında pələng kənd sakininə hücum edib.
Medianews.az xəbər verir ki, hadisə zamanı fermer Şivdutt Tivari tarlasına gedirdi.
Bunu görən kəndlilər pələngi qovublar. Kişi ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Daha sonra yerli sakinlər bildiriblər ki, hadisədən əvvəl pələng bir həftədir kənddə dolaşıb. Onlar bu barədə müvafiq yerlərə məlumat veriblər. Lakin kənd sakinlərinin dediyinə görə, heç bir məmur buna reaksiya verməyib.
Hadisədən sonra pələng filin köməyi ilə yenidən qoruğa aparılıb.
Medianews.az