Medianews.az
Qadına gül hədiyyə etmək istəyən kişini <span style=color:red>həbs GÖZLƏYİR
160 baxış

Qadına gül hədiyyə etmək istəyən kişini həbs GÖZLƏYİR

Rusiyanın Kondopoqa şəhərində Sevgililər Günü kişi gül mağazasından oğurluq edib. Medianews.az xəbər verir ki, hadisə zamanı kişi sərxoş olub. O, gülləri seçib və kassaya yaxınlaşıb. Lakin ödəmək əvəzinə başqa bir buket götürüb və sürətlə çıxışa tərəf gedib. Satıcı qadın onu saxlamağa çalışsa da, o, qaçıb. Polis tez bir zamanda şübhəli şəxsi tapıb - onun 35 yaşlı şəhər sakini olduğu üzə çıxıb. Kişi qadına qızılgül hədiyyə etmək istədiyini etiraf edib. Ona qarşı ciddi "Soyğunçuluq" maddəsi ilə cinayət işi açılıb: onu 4 ilə qədər həbs gözləyir. Medianews.az

Bizə qoşulun