12.02.2025, 09:52
150 baxış
Lamiyə
Maşın uşaq meydançasına UÇDU – ANBAAN VİDEO
Türkiyədə sərxoş sürücünün idarə etdiyi avtomobil sükanın idarəetməsini itirərək, yaşayış massivinin həyətində yerləşən uşaq meydançasına çırpılıb.
Medianews.az xəbər verir ki, hadisə gecə saatlarında, Kocaeli şəhərinin Gebze rayonunda baş verib.
Avtomobil dayanmış mikroavtobus və digər nəqliyyat vasitəsinə dəyib.
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.
Alkotesterin müayinəsində sürücüdə 1,2 promille spirt olduğu müəyyən edilib.
O, ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.
Medianews.az
Paylaş: