Medianews.az
Sürücülərin NƏZƏRİNƏ: <span style=color:red> bu küçədə...
134 baxış

Sürücülərin NƏZƏRİNƏ: bu küçədə...

Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində hazırda Əliyar Əliyev və Mirzə Uluqbəy küçələrinin kəsişməsində (Keşlə bazarının qarşısı) tikinti işləri icra olunur. Milli.Az xəbər verir ki, tikinti işlərinə uyğun ərazidə qısamüddətli məhdudiyyətlər tətbiq edilir. Məlumata görə, bununla əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.

Bizə qoşulun