09.02.2025, 09:35
152 baxış
Nailə
Astarada qəzada motosiklet sürücüsü həyatını itirib
Astarada yol-nəqliyyat hadisəsi baş verib, motosiklet sürücüsü vəfat edib.
Medianews.az APA-nın cənub bürosuna istinadən xəbərə verir ki, hadisə səhər saatlarında Ələt-Astara avtomobil yolunun Ərçivan qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.
Avsəl Ocaqovun idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsi Nizami Əskərovun idarə etdiyi motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü Nizami Əskərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.
Paylaş: