Medianews.az
Bakıda 17 istiqamət üzrə yollarda <span style=color:red>sıxlıq müşahidə edilir - FOTO
106 baxış

Bakıda 17 istiqamət üzrə yollarda sıxlıq müşahidə edilir - FOTO

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Medianews.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Babək prospekti, mərkəz istiqamətində; 6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 9. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 10. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində; 11. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 12. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 13. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 14. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində; 15. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində; 16. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 17. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.

Bizə qoşulun