Medianews.az
Bəzi yerlərdə duman müşahidə olunub -<span style=color:red> FAKTİKİ HAVA
156 baxış

Bəzi yerlərdə duman müşahidə olunub - FAKTİKİ HAVA

Fevralın 4-ü saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Medianews.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Sumqayıt, Binə, Şəmkir, Şamaxı, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

Bizə qoşulun