31.01.2025, 09:41
434 baxış
Lamiyə
Ağcabədidə evdə qumbara partladı - 5 nəfər ÖLDÜ
Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində əl qumbarası partlayıb.
Medianews.az Tns.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Paylaş: