Medianews.az
Məktəb direktoru uşaqlara içki məclisi <span style=color:red> TƏŞKİL ETDİ
193 baxış

Məktəb direktoru uşaqlara içki məclisi TƏŞKİL ETDİ

ABŞ-nin Florida ştatında 100-ə qədər azyaşlının iştirak etdiyi spirtli içkili məclisdən sonra məktəb direktoru həbs edilib. Medianews.az “SvobodnayaPressa”ya istinadən xəbər verir ki, hadisə yanvarın 19-da baş verib. Həmin vaxt qonşular polisə müraciət ediblər. Evin yerli məktəblərdən birinin direktoru Elizabet Hill-Brodiqana məxsus olduğu müəyyən edilib. Polis eyni zamanda həmin məktəbin müəllimi Karli Andersonu valideyn vəzifələrinə etinasızlıqda, habelə yetkinlik yaşına çatmayanların cinayət törətməsinə töhfə verməkdə ittiham edərək saxlayıb.

Bizə qoşulun