Medianews.az
Neymar “Əl-Hilal”dan<span style=color:red> getdi
181 baxış

Neymar “Əl-Hilal”dan getdi

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Neymarın komandadan ayrıldığını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesablarında məlumat yayıb. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Mətbuatda Neymarın 2009-2013-cü ilə qədər forma geyindiyi “Santos”da karyerasını davam etdirə biləcəyi ilə bağlı məlumatlar yer alıb. Xatırladaq ki, Neymar 2023-cü ilin yayında 90 milyon avroya PSJ-dən “Əl-Hilal”a keçib. O, bu mövsüm Səudiyyə klubunun heyətində bütün yarışlarda iki oyun keçirsə də, qol vura bilməyib.

Bizə qoşulun