22.01.2025, 06:23
145 baxış
Lamiyə
Gün ərzində nə qədər pendir yeyə bilərik?
Qastroenteroloq Yevgeni Belousov deyib ki, gündə 50 qramdan çox pendir yemək olmaz.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Belousov izah edib ki, gündə 30-50 qram pendir yemək artıq çəki qazanmadan və sağlamlıq problemləri olmadan kalsium və zülal almağa imkan verir.
Eyni zamanda, onun sözlərinə görə, həddindən artıq yemək, xüsusən də porsiya ölçüsü 100 qramı keçərsə, əlavə kilo qazanma təhlükəsi yaradır. Bu da öz növbəsində xüsusi ilə ürək, böyrək və qan-damar problemləri olan insanlarda xəstəliklərin yaranmasına səbəb ola bilər.
Həkim bildirib ki, sərt pendirlər ən sağlaam pendir hesab olunur. Çünki onların tərkibində yüksək keyfiyyətli protein və sağlam sümüklər və dişlər üçün vacib olan əhəmiyyətli miqdarda kalsium var. Yumşaq pendirlərlə müqayisədə onların kalorisi də azdır.
Paylaş: