Medianews.az
Azərbaycanlı zəvvarlar üçün builki <span style=color:red>Həcc ziyarətinin qiyməti AÇIQLANDI
199 baxış

Azərbaycanlı zəvvarlar üçün builki Həcc ziyarətinin qiyməti AÇIQLANDI

Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiymətləri məlum olub. Medianews.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb. Qeyd edilib ki, QMİ 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri müəyyən edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları - 10 115 manat təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Tələb olunan sənədlər: 1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır); 2. Şəxsiyyət vəsiqəsinin surəti; 3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda); 4. Sağlamlıq haqqında arayış. Sənədlərin qəbulu 21 yanvar 2025-ci ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Bizə qoşulun