15.01.2025, 10:44
143 baxış
Nailə
Ermənistan Rusiyaya NOTA VERDİ
Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Medianews.az-ın Apa-ya istinadən xəbərinə görə, bu barədə məlumatı Ermənistan XİN-yayıb.
Bildirilib ki, səfir "Rossiya" telekanalında yayımlanan "Vesti nedeli" proqramının 12 yanvar 2025-ci il tarixli buraxılışında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn fikirlərlə bağlı XİN-ə dəvət olunub.
Rusiya səfirinə müvafiq nota təqdim edilib.