14.01.2025, 13:18
157 baxış
Lamiyə
Lavrov Azərbaycan-Rusiya əlaqələrini yüksək qiymətləndirdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Azərbaycanla əlaqələrin inkişafını yüksək qiymətləndirir.
Medianews.az “RT”yə istinadən xəbər verir ki, o, bu barədə 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında bildirib.
"Rusiya-Azərbaycan münasibətlərinə gəlincə, mən onları çox yüksək qiymətləndirirəm", - Lavrov deyib.
Nazirin sözlərinə görə, iki ölkə arasında münasibətlər etimadlıdır, dövlət başçıları müntəzəm olaraq ünsiyyət qururlar.
Paylaş: