Medianews.az
Yağış yağacaq, gündüz tədricən kəsiləcək - <span style=color:red>HAVA PROQNOZU
149 baxış

Yağış yağacaq, gündüz tədricən kəsiləcək - HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında yanvarın 8-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Medianews.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Yağıntılar gündüz tədricən kəsiləcək, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4° isti, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Bizə qoşulun