Medianews.az
Conni Deppin qızı çətin uşaqlıq xatirəsindən <span style=color:red> DANIŞDI
97 baxış

Conni Deppin qızı çətin uşaqlıq xatirəsindən  DANIŞDI

Conni Deppin qızı Lili-Rouz uşaq ikən atasının oynadığı filmin onu çox qorxutduğunu bildirib. Medianews.az xarici mediaya istinadən xəbər verir ki,  "Harper's Bazaar" jurnalına Lili Rouz atasının 1990-cı ildə çəkdiyi "Eduard Qayçı" filmi barədə danışıb. “Qorxulu olduğunu düşündüyüm üçün yox, ona görə ki, Edvard obrazına hər kəs çox pis münasibət bəsləyirdi və mən çox üzülmüşdüm. Dəhşətə düşdüyümü xatırlayıram, xüsusilə də şəhərətrafı sakinlərin Edvarddan üz döndərdiyi anları xatırlayıram, bu qəribədir, çünki o dövrü çox xatırlamıram. Bu, çətin bir uşaqlıq xatirəsidir", - deyərək  25 yaşlı aktrisa təsuratlarını bölüşüb.  

Bizə qoşulun