Medianews.az
Ronaldu gələcəyi ilə bağlı <span style=color:red>QƏRAR VERDİ
72 baxış

Ronaldu gələcəyi ilə bağlı QƏRAR VERDİ

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu gələcəyi ilə bağlı qərar verib. Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Portuqaliyanın mətbuatı məlumat verib. Qeyd olunur ki, forvard yanvar ayı ərzində klubla bağlı müqavilə məsələsini həll etmək niyyətindədir. Ronaldunun "Ən-Nəsr"lə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir. Ronaldu paytaxt klubu ilə çıxış etdiyi 83 matçda 74 qola imza atıb.

Bizə qoşulun