31.12.2024, 16:05
125 baxış
Nailə
Runi bu klubdan da qovuldu
İngiltərənin "Plimut Arqayl" klubu baş məşqçisi Ueyn Runi ilə yolları ayırıb.
Medianews.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İngiltərəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Runi bu ilin may ayında komandaya baş məşqçi təyin edilmişdi.
Xatırladaq ki, Runi indiyədək çalışdırdığı 4 komandanın üçündə istefaya göndərilib.