28.12.2024, 12:06
184 baxış
Lamiyə
Qarnına qoyduğu isti su şüşəsi PARTLADI
Türkiyənin Bursansanın İnegöl rayonunda Kübra A. qarnına qoyduğu isti su şüşəsi partlaması nəticəsində yaralanıb.
Medianews.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, qarnında ağrıları olan qadın şüşəni isti su ilə dolduraraq qarnın üzərinə qoyub.
Xəstəxanaya aparılan Kübra A.-nın qarnında 2-ci dərəcəli yanıq xəsarəti aldığı bildirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.