Medianews.az
İlk azərbaycanlı stüardessanın qızı:<span style=color:red> “Bu hadisəni evimizin faciəsi kimi qəbul etdim”- FOTOLAR + ÖZƏL
252 baxış

İlk azərbaycanlı stüardessanın qızı: “Bu hadisəni evimizin faciəsi kimi qəbul etdim”- FOTOLAR + ÖZƏL

“Hamı kimi bizi də bu acı xəbər çox pis sarsıtdı. Bilirsiniz ki, mənim anam Elmira Əliyeva ilk azərbaycanlı stüardessa, təyyarə bələdçisi olub. Hətta o bu sənəti seçdiyini valideynlərindən də gizlədib. Anam təyyarədə həm də doğma dilimizdə elan səsləndirən ilk azərbaycanlı stüardessa olub. Mənim üçün bu sahə həddindən artıq doğma və əzizdir. Allah dünyasını dəyişənlərə rəhmət, sağ qalanlara şəfa versin” Bunu Medianews.az-a açıqlamasında tanınmış aktrisa Ülviyyə Əliyeva deyib. O daha sonra əlavə edib: “Anam rəhmətlik həmişə danışırdı ki, Azərbaycan hava yolları dünyada ən güvənli və təhlükəsiz hava yollarından biridir. Biz özümüz də də bunun şahidiyik. Azərbaycanın pilotları da elə peşəkardırlar. Anam deyirdi ki, cəmi bir dəfə 70-ci illərdə qəza baş vermişdi. Ondan sonra heç vaxt bizdə aviaqəzalar olmayıb. Bu hadisə bizim ailəmizi də çox sarsıtdı. Evimizin faciəsi kimi bunu qəbul etdim. Hökümə xanım, pilotlar sona qədər öz işlərini layiqincə yerinə yetiriblər. Məhz onların sayəsində xilas olunanların sayı çox oldu. Mən onu düşünürəm ki, sağ qalanlar evlərinə qayıdarkən yenə də təyyarəyə minməli olacaqlar. Bu onlara ikiqat psixoloji stress olacaq” deyə o bildirib. Ülviyyə Əliyeva anasının sənəti olan stüardessa peşəsinin çətin olduğunu vurğulayıb: “Stüardessaların işləri çox çətindir. Həm də məsuliyyətli. Baxmayaraq ki, kənardan çox asan görünür. Anam deyirdi ki, elə gün olurdu ki, iki ölkəyə uçurduq. Bütün böyük sənətkarlarla, şəxsiyyətlərlə, hətta Ulu Öndər Heydər Əliyevlə də eyni təyyarədə səfərə yollanıb. Deyirdi ki, çalışdığım müddətdə heç vaxt qəza vəziyyəti ilə qarşılaşmamışam. Cəmi bir dəfə hava şəraitinə görə təyyarədə gecələməli olublar. Deyirdi ki, təyyarənin içi çox soyuq idi, ədyallara bürünmüşdük ki, soyuqdan donmayaq. Mən bir çox ölkələrə gedirəm, onların təyyarəsindən istifadə edirəm. Amma həqiqətən də öz stüardessalarımız kimi canyandıran, gözəl bələdçilərə rast gəlməmişəm. Onların insanlarla davranışları, münasibətləri çox zərifdir” deyə aktrisa bildirib. Əli Əsgər 

Bizə qoşulun