Medianews.az
Yeni ili qızı ilə keçirmək istəyirdi
99 baxış

Yeni ili qızı ilə keçirmək istəyirdi

"Azərbaycan Hava Yolları"​nın qəzaya uğramış təyyarəsinin sərnişinlərindən birinin əri Bəşir İgidov həyat yoldaşı Nərminə ilə əlaqə saxlaya bilmədiyini və onun vəziyyətindən xəbərsiz olduğunu bildirib. Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə "İzvestiya"ya açıqlamasında deyib. "Hələ heç nə bilmirəm, şok vəziyyətindəyəm. Minməzdən əvvəl böyük qızımız onunla danışmışdı. Vəssalam, başqa heç nə bilmirik", - deyə o bildirib. B.İgidov deyib ki, qadın Bakıdan tək uçub. Onun sözlərinə görə, həyat yoldaşı bayram günlərində qızına qonaq gedirmiş. O, deyib ki, Nərminə son dəfə səhər onlayn olub. "O, (red. - Nərminə) məni orada gözləməli idi. Yanvarda yanlarına getmək istəyirdim", - Bəşir İgidov bildirib. Qeyd edək ki, REN TV-nin açıqladığı həlak olan Rusiya vətəndaşlarının ilkin siyahısında Nərmin İgidovanın da adı yer alıb. Xatırladaq  ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Bizə qoşulun