Medianews.az
İki sığorta agentinin lisenziyası <span style=color:red>ləğv edildi
133 baxış

İki sığorta agentinin lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) iki fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib. Milli.Az bu barədə tənzimləyici quruma istinadən xəbər verir. Məlumata görə, bu qərar dekabrın 24-də "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalardan biri könüllü müraciət əsasında, digəri isə lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın 9 ay ərzində təkrar yarandığı nəzərə alınaraq ləğv olunub. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci və 107.1.3-cü maddələrinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin siyahısını təqdim edirik:
Sığorta agentinin adı Lisenziyanın tarixi Lisenziyanın nömrəsi Ləğvin hüquqi əsası
1 Əliyeva Nərgiz Şirin qızı 28.11.2023 SA-0304 "Sığorta fəaliyyəti haqqında" AR Qanunu, 107.1.1-ci maddə
2 Seyfullayeva Qızqayıt Canbaba qızı 18.02.2010 000328 "Sığorta fəaliyyəti haqqında" AR Qanunu, 107.1.3-cü maddə

Bizə qoşulun