Medianews.az
Təyyarə qəzasında yaralanan şəxsin anası: <span style=color:red>"Oğlum dedi, iş yerindəyəm"
158 baxış

Təyyarə qəzasında yaralanan şəxsin anası: "Oğlum dedi, iş yerindəyəm"

"Oğlum Qroznıya, dostlarının yanına gedirdi. Bu gün səhər 8 radələrində zəng edərək təyyarənin 9-a işləmiş qalxacağını və çatanda xəbər edəcəyini dedi". Medianews.az xəbər verir ki, bunu təyyarə qəzası nəticəsində xəsarət alan Şəmkir rayon sakini Samir Alıyevin anası Güllü Alıyeva APA-ya açıqlamasında deyib. "Saat 12-nin yarısınadək gözlədim, bir xəbər olmadı. 12-nin yarısı zəng edərək iş yerində olduğunu dedi. Daha sonra qohumlardan öyrəndim ki, təyyarə qəzaya düşüb", - deyə G.Alıyeva bildirib. Onun sözlərinə görə, daha sonra oğlu özü onunla əlaqə saxlayıb: "Səs ataraq dedi ki, Allaha şükür, sağam, xəstəxanadayam, yaralanmışam, keçəcək. Yanında olanlardan narahat idi. Bundan sonra əlaqə kəsildi".

Bizə qoşulun