Medianews.az
Mavi gözlərin ən qədim nümunəsi - <span style=color:red>  17 min yaşındakı körpə
176 baxış

Mavi gözlərin ən qədim nümunəsi - 17 min yaşındakı körpə

1998-ci ildə İtaliyanın Puglia bölgəsindəki Grotta delle Mura mağarada körpəyə aid tapılan qalıqları genetik və arxeologiya baxımından təəccüblü faktlar ortaya çıxarıb. Elm adamları bu kəfin mavi gözlərin ən qədim nümunəsi olduğunu bildirirlər.

Medianews.az “NTV”ə istinadən xəbər verir ki, alimlər, tapıntının qədim insanların genetik quruluşu ilə bağlı əhəmiyyətli ipuçları verdiyini bildiriblər. Genetik analiz körpənin tünd dəri, tünd qəhvəyi və ya demək olar ki, qara buruq saçları və mavi gözləri olduğunu göstərib. Tədqiqatlar nəticəsində körpədə ürək əzələsinin qalınlaşmasına səbəb olan hipertrofik kardiomiopatiya adlanan nadir genetik xəstəliyin izləri də aşkarlanıb. Alimlər körpənin 7,5 ilə 18 ay arasında yaşaya biləcəyini təxmin edirlər. Dişlərin və körpücük sümüyünün müayinəsi çətin doğuş olduğunu və körpənin hətta ana bətnində stressə məruz qaldığını göstərir. Tədqiqatçılar ananın hamiləlik zamanı düzgün qidalanmaması ehtimalını nəzərdən keçirirlər. Körpənin valideynlərinin genetik əmioğlu olduğu müəyyən edilərkən, mavi göz mutasiyasının Avropada 6 min ilə 10 min il əvvəl ortaya çıxmış ola biləcəyi irəli sürülüb. Tədqiqatçılar körpənin genetik xüsusiyyətlərinin Villabruna xalqı ilə əlaqəli ola biləcəyini bildirirlər. Bu genetik mutasiya Avropanın tarixdən əvvəlki populyasiyalarında həm fiziki xüsusiyyətlərin, həm də ətraf mühitə uyğunlaşmanın necə təkamül etdiyi ilə bağlı yeni suallar doğurur.  

Bizə qoşulun