Medianews.az
General-leytenant təqaüdə göndərildi
222 baxış

General-leytenant təqaüdə göndərildi

Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini-Qərargah rəisi general-leytenant Fəzail Ağalarov vəzifəsindən azad edilib. General Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. General-leytenantın yerinə hələ ki, təyinat yoxdur. Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fəzail Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib. /Qafqazinfo.az/

Bizə qoşulun