Medianews.az
İti bıçaqlayan ərindən<span style=color:red> boşanmaq istədi  
183 baxış

İti bıçaqlayan ərindən boşanmaq istədi  

Rusiyanın paytaxtı Moskvada bir qadın, Çoko adlı 11 yaşlı itini bıçaqlayan ərindən boşanmaq üçün məhkəməyə müraciət edib. Medianews.az "Daily"ə istinadən xəbər verir ki, it, hadisə dekabrın 8-də, səhər saat iki radələrində baş verib. Bildirilir ki, cütlük birlikdə yaşamağa başlayanda it heç bir zaman sahibinin ərini sevməyib. Kişinin dediyinə görə, o, mətbəxdəki soyuducuya gedən zaman heyvan ona hücum edib. O, cavab olaraq bıçağı götürərək heyvanın ağzını kəsib. Sahibi iti baytarlıq klinikasına aparıb və orada əməliyyat olunub. Təcavüzkar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerindən aparılıb. Yaxın gələcəkdə it şəxsi evdə qohumlarının yanına köçəcək. Eyni zamanda, bir müddət əvvəl uşaq dünyaya gətirən ev sahibinin özü də hadisədən sonra boşanmaq qərarına gəlib.

Bizə qoşulun