Medianews.az
Şahzadə Harri ABŞ-ni heç vaxt tərk etməyəcək – <span style=color:red> Özü açıqladı
135 baxış

Şahzadə Harri ABŞ-ni heç vaxt tərk etməyəcək – Özü açıqladı

Şahzadə Harri DealBook 2024 sammitində niyə ABŞ-ni heç vaxt tərk etməyəcəyini bildirib. Medianews.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, Şahzadə Harri, Meqan Markl və uşaqlarının İngiltərəyə qayıtmağı planlaşdırmadıqlarını söyləyib. Onun sözlərinə görə, onlar təhlükəsizlik baxımından ABŞ-də varisləri ilə birlikdə qalmağa qərar veriblər. “Mən burada yaşamaqdan və uşaqlarımı böyütməkdən çox zövq alıram”, - deyə o bildirib. Şahzadə Harri əlavə edib ki, onun, oğlu və qızı ilə birlikdə Böyük Britaniyada edə bilməyəcəyi şeylər var. Sasseks hersoqlarının 2020-ci ildə kral ailəsini tərk etmək qərarından sonra Kral III Çarlz onları vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən polis mühafizəsindən məhrum edib. Aprel ayında Şahzadə Harrinin Böyük Britaniya ilə əlaqələrini kəsdiyi məlum olub. Şirkətlər Evinin dərc etdiyi sənədlər kral III Çarlzın kiçik oğlunun yeni yaşayış yerinin ABŞ olduğunu göstərir. Münasibətlər üzrə ekspert Louella Alderson deyib ki, Şahzadə Uilyam qardaşının qərarına mənfi reaksiya vermiş ola bilər.  

Bizə qoşulun