05.12.2024, 05:27
120 baxış
Lamiyə
Makron xalqa müraciət edəcək
Fransa Prezidenti Emmanuel Makron bu gün axşam saatlarında xalqa müraciət edəcək.
Medianews.az bu barədə Qafqazinfo-ya istinadən xəbər verir.
Onun çıxışının Bakı vaxtı ilə 23:00-da olacağı qeyd olunub.
Xatırladaq ki, Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq barədə qətnamə qəbul edib. 1962-ci ildən bəri ölkə tarixində ilk dəfə hökumət etimad səsverməsindən sonra devrilib.