05.12.2024, 08:46
59 baxış
Lamiyə
Kişi evə ayaqqabı ilə daxil olan həkimlərİ DÖYDÜ
Rusiyanın Vladivostok şəhərində sərxoş kişi təcili yardım işçilərini döydü və az qala sürücünü görmə qabiliyyətindən məhrum edəcəkdir.
Medianews.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, buna səbəb həkimlərin ayaqqablarla evə daxil olması olub.
Kişi, həkimlərə onlar onun həyat yoldaşını müayinə etdikləri zaman hücum edib. O, nalayiq ifadələr işlədib və əkimlər mənzili tərk etmək qərarına gəliblər. Daha sonra kişi, onları hədələməyə başlayıb. Həkimlər liftə doğru qaça bilib.
Kişi qadınların arxasınca küçəyə qaçıb və orada sürücüyə hücum edib. Barmağı ilə onun gözünə vurub. Təsadüfi yoldan keçənlər vəziyyətə müdaxilə edə biliblər.
Xəsarət alan həkimlər hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Bölgə prokurorluğu hücumla bağlı araşdırma aparır.