03.12.2024, 09:51
114 baxış
Lamiyə
Ərini pələngdən XİLAS ETDİ
Hindistanın Telanqana ştatından olan qadın ərini pələngdən xilas edib.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə şənbə günü, noyabrın 30-da baş verib.
Hücum zamanı kişi pambıq tarlasında həyat yoldaşı ilə birlikdə iş görürdü.
Qadın bildirib ki, o, pambıq yığarkən pələngin ərinə hücum etdiyini görüb və yırtıcıya daş atmağa başlayıb. Həmin an kişi baltanı götürərək pələngə hücum edib.
Qadın, həmçinin deyib ki, heyvan peyda olandan sonra qonşuları onun köməyinə qaçıblar. Kişi yaralanıb və xəstəxanaya aparılıb.